“Qalatasaray”ın futbolçusu MLS klublarının marağındadır
30.10.2024 - 17:14

“Qalatasaray”ın futbolçusu Hakim Ziyeş karyerasını ABŞ-də davam etdirə bilər.
Apasport.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Xəbərdə mərakeşli oyunçu ilə MLS təmsilçilərinin maraqlandığı bildirilib.
Ziyeş bu mövsüm "Qalatasaray"ın heyətində 5 oyunda meydana çıxıb.
Qeyd edək ki, mərakeşli futbolçu "Çelsi"dən İstanbul klubuna 2023-cü ildə keçib.
0
0