"Qalatasaray"ın hücumçusu La Liqada
02.02.2024 - 10:38

"Qalatasaray"ın hücumçusu Sedrik Bakambu İstanbul təmsilçisindən ayrılaraq İspaniya çempionatına keçib.
Apasport.az "sarı-qırmızılılar"ın rəsmi saytına istinadla xəbər verir ki, 32 yaşlı konqolu futbolçunun yeni ünvanı La Liqa təmsilçisi "Betis"dir.
Tərəflər arasında 2026-cı ilə qədər müqavilə imzalanıb.
Xatırladaq ki, Bakambunun İspaniyada oynamaq təcrübəsi var. Konqolu 2015-2018-ci illərdə "Vilyarreal"da çıxış edib. O, 75 matçda iştirak edib, 31 qol vurub və 5 məhsuldar ötürmə edib.
- Parataekvondoçularımız Qran-pri və dünya çempionatında mübarizə aparacaq
- İspaniyalı futbolçu ABŞ komandasının ortaq sahibi olub
- Nadir Nəbiyev: "Runi Eva ilə razılıq əldə edə bilməsək, digər futbolçulara baxacağıq" - MÜSAHİBƏ
- "Yuventus" heyətini 19 yaşlı müdafiəçi ilə gücləndirdi
- “Cəbrayıl” uduzdu, Turaldan penta-trik
0
0