“Qalatasaray”ın müdafiəçisi Moldova klubunda
16.01.2025 - 22:58

Türkiyə Super Liqası komandalarından “Qalatasaray”da ayrılıq baş verə bilər.
Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “sarı-qırmızılılar”ın müdafiəçisi Ali Yeşilyurt karyerasını Moldovada davam etdirə bilər.
Türkiyəli mütəxəssis Hikmet Karamanın rəhbərlik etdiyi “Zimbru” oyunçunu mövsümün sonuna qədər icarəyə götürmək istəyir.
Qeyd edək ki, “Zimbru” 25 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
0
0