"Qalatasaray"ın prezidenti mətbuat konfransı keçirəcək
09.08.2024 - 11:19

Bu gün Türkiyə Super Liqasının ilk turu çərçivəsində "Qalatasaray" evində "Hatayspor"u qəbul edəcək.
Apasport.az xəbər verir ki, "sarı-qırmızıların" prezidenti Dursun Özbek matçdan əvvəl mətbuat konfransı keçirəcək.
İctamaiyyət Özbekin azarkeşləri narahat edən məsələlərə toxunacağını gözləyir. Xüsusilə, klubun transfer siyasəti ilə bağlı məsələlərə aydınlıq gələcək.
Qeyd edək ki, "Qalatasaray" - "Hatayspor" görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
0
0