“Qalatasaray”ın Sebalyos planı
20.12.2023 - 21:12

"Qalatasaray" yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, Okan Buruk "Real”ın formasını geyinən Dani Sebalyosu komandada görmək istəyir.
Tanqi Ndombeleyə güvənməyən mütəxəssis bu transferə müsbət fikir bildirib. "Sarı-qırmızılar"ın rəhbərliyi Madrid "Real"ı ilə danışıqlar aparıb, 27 yaşlı ispan futbolçunun transferini yaxın günlərdə bitirmək niyyətindədir.
Qeyd edək ki, Sebalyos Madrid "Real"ına İngiltərənin "Arsenal" klubundan keçib.
0
0