“Qalatsaray”ın seriyası təkrarlandı, “Milan”dan antirekord
05.10.2023 - 11:31

“Milan” tarixinin antirekorduna imza atıb.
Apasport.az xəbər verir ki, İtaliya klubu Çempionlar Liqasında ardıcıl 4 oyundur qol vura bilmir.
“Rossonyeri” qitənin ən nüfuzlu turnirinin tarixində bu qədər müddət qolsuz qalmamışdı. Bu, Dortmund “Borussiya”sı ilə qolsuz heç-heçədən sonra gerçəkləşib.
Milanlılar qrup mərhələsinin startında ardıcıl ikinci matçda 0:0 hesablı heç-heçə edib. Bu, turnirin tarixində 4-cü belə seriyadır. “Qalatasaray” 1993/94, AEK 2002/03, “Vilyarreal” 2005/06 mövsümündə ilk iki görüşdən qolsuz bərabərliklə ayrılıb.
- Sənan Süleymanov: “Gizlətmirəm, ilk qarşılaşmadan öncə çox həyəcanlı idim”
- Nicat Abasov hindistanlı rəqibi ilə qarşılaşacaq
- DÇ-2022: “Bolşeviklər” və “Menşeviklər”
- Argentina millisinin sabiq futbolçusundan azərbaycanlı müğənniyə MESAJ - FOTO
- İngiltərə polisi Patrik Vieyra ilə bağlı araşdırmaya başladı
0
0