"Qarabağ" futbolçu seçimləri elan edir
11.08.2024 - 16:04

"Qarabağ" Futbol Akademiyası bölgələr üzrə futbolçu seçimləri elan edir.
Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, seçimlərdə 2010-2015-ci il təvəllüdlülər iştirak edə bilər.
Seçimlər avqustun 13-də saat 17:00-dan etibarən Ağdam Olimpiya Kompleksində və avqustun 14-də saat 11:00-dan etibarən Zaqatala Olimpiya İdman Kompleksində keçiriləcək.
0
0