"Qarabağ"ın rəqibi İngiltərə Kubokunda növbəti tura vəsiqə qazanıb
19.09.2024 - 09:55

İngiltərə Kubokunda 3-cü mərhələsinin oyunları keçirilir.
Apasport.az xəbər verir ki, Avropa Liqasında "Qarabağ"ın rəqiblərindən olan "Tottenhem" səfərdə "Koventri" ilə üz-üzə gəlib.
Rəqibini 2:1 hesabı ilə məğlub edən London təmsilçisi növbəti raunda yüksəlib.
Qeyd edək ki, "Qarabağ"ın "Tottenhem"lə oyunu 26 sentyabr tarixində Londonda baş tutacaq.
0
0