“Qarabağ”ın rəqibi ölkə kubokunda mübarizəni dayandırdı
11.01.2024 - 10:35

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa”nın Portuqaliya Kubokunda mübarizəsi başa çatıb.
Apasport.az xəbər verir ki, komanda 1/8 finalda “Benfika”ya məğlub olub.
“Braqa” erkən qolla hesabı açsa da, "Benfika" 2:3 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, “Qarabağ” fevralın 15-də səfərdə, 22-i isə evdə “Braqa” ilə qarşılaşacaq.
0
0