“Qarabağ”ın rəqibindən inamlı qələbə
14.09.2024 - 10:33

“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən “Bodo Qlimt” Norveç çempionatında növbəti oyuna çıxıb.
Apasport.az xəbər verir ki, sözügedən komanda azarkeşləri önündə “Hamkam”ı qəbul edib. Matç “Bodo Qlimt”in qələbəsiylə başa çatıb – 3:0.
Komanda çempionatda 22 turdan sonra 50 xalla birinci sıradadır.
“Qarabağ” “Bodo Qlimt” ilə noyabrın 7-də Norveçdə qarşılaşacaq.
0
0