"Qarabağ"ın rəqibindən qapıçı transferi
05.01.2025 - 11:35

Rumıniya təmsilçisi FKSB heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, buxarestlilər Lukaş Zimanı rənglərinə bağlayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onunla 2028-ci ilin iyununa kimi müqavilə imzalanıb.
O, daha öncə “Cenoa”, “Livorno”, “Peruca” kimi klubların şərəfini qoruyub.
Qeyd edək ki, FKSB Avropa Liqasında "Qarabağ"ın növbəti rəqibidir. Komandalar arasında görüş yanvarın 23-də Tofiq Bəhramov adına stadionda keçiriləcək.
0
0