Qasperini "Real"la matç barədə: "Tarixi oyun olacaq"
10.12.2024 - 14:29

“Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini Çempionlar Liqasında bu gün “Real”a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.
Apasport.az xəbər verir ki, mütəxəssis İspaniya nəhəngi ilə matçın tarixi görüş olacağını bildirib:
“Tarixi oyun olacaq, azarkeşlərimiz üçün böyük matçdır. Əla formadayıq və A Seriyasında liderliyə yüksəlmişik. Azarkeşlərin məmnun olduğunu düşünürəm. Lakin bu axşam əvvəlki qələbələrimizi unudub, daha yaxşısını etmək vaxtıdır”.
Qeyd edək ki, “Atalanta” – “Real” oyunu saat 00:00-da start götürəcək.
0
0