Qvardiola Braziliya millisində işləməkdən imtina etdi
08.01.2023 - 18:34

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Braziliya yığmasını qəbul etməkdən imtina edib.
Apasport.az xəbər verir ki, Braziliya Futbol Federasiyası Xosepin Cənubi Amerika millisində çalışmaqda maraqlı olub-olmadığını öyrənmək üçün məşqçinin meneceri və qardaşı Pere Qvardioladan ilkin fikir öyrənib.
Qvardiola bu təklifi rədd edib və "Mançester Siti"də davam etmək istədiyini bildirib.
Xatırladaq ki, DÇ-2022-nin nəticələrinə görə Çiçe Braziliya millisinin baş məşqçisi postunu tərk edib.
0
0