
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola gələcək karyerası ilə bağlı qərarını verib.
Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis 2 ildən sonra İngiltərə klubundan ayrılacaq.
O, 2025-ci ilin yayında Mançester təmsilçisini tərk etmək qərarına gəlib. “Şəhərlilər”lə Çempionlar Liqasını qazanan Qvardiola karyerasını bitirəcəyi vaxtı da müəyyənləşdirib.
O, hələ 9 il çalışmağı planlaşdırır. İspaniyalı 2032-ci ildə karyerasını başa vuracaq. Qvardiola İtaliya klublarında və ya milli komandada çalışmağı da planlaşdırır.
Qeyd edək ki, mütəxəssis 2016-cı ildən Premyer Liqa klubuna rəhbərlik edir.
- Kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatı keçiriləcək
- "Bavariya"nın ingilislə bağlı planları baş tutmadı
- Türkiyə Kuboku: "Qalatasaray" evdə heç-heçə etdi - VİDEO
- A Seriyası: “Bolonya” “Empoli” ilə bacarmadı
- Hacıyev: “Belə məğlubiyyətlərdən sonra məşqçilər istefa verib gedirlər, amma...” - MÜSAHİBƏ