Ramos Braziliyaya yollanır
13.07.2023 - 18:50

Serxio Ramos Braziliya çempionatında oynamağı planlaşdırır.
Apasport.az saytı xəbər verir ki, 37 yaşlı müdafiəçi “Flamenqo” klubu ilə danışıqlar aparır.
Mövsümün sonunda Fransa PSJ-sindən azad agent kimi ayrılan ispan futbolçu okeanın o tayına köçməyin əleyhinə deyil. Klubdan verilən açıqlamada yaxın günlərdə rəsmi müqavilənin imzalanacağı bildirilir.
Qeyd edək ki, 16 il Madrid “Real”ının şərəfini qorumuş Ramos son mövsümdə Fransa PSJ-si ilə 58 matçda iştirak edib.
0
0