“Real” hücumçusunu itirdi
13.09.2022 - 16:42

“Real” futbolçusu Lukas Vaskesin xidmətindən məhrum olub.
Apasport.az saytının məlumatına görə, bunu İspaniya klubunun mətbuat xidməti açıqlayıb.
31 yaşlı hücumçu zədə səbəbindən komandadan ayrı düşüb. Sağ ayağından xəsarət alan futbolçu qeyri-müəyyən müddətə sıradan çıxıb.
Qeyd edək ki, Lukas cari mövsüm meydana çıxdığı 4 matçda 1 qola imza atıb.
0
0