“Real” qapıçısını itirdi
05.10.2022 - 10:06

“Real” Çempionlar Liqasının bugünkü matçına itki ilə çıxacaq.
Apasport.az saytının məlumatına görə, Tibo Kurtua “Şaxtyor”la matçda oynamayacaq.
Təcrübəli qapıçı qarşılaşmanın “23-lüy”ünə düşməyib. “Real” III turun matçına digər qolkiperləri - Andrey Lunin, Luis Lopes və Lukas Kanisaresi sifariş edib.
30 yaşlı belçikalı sağlamlığı ilə bağlı problem yaşayır. O, qurşaq nahiyəsində ağrılardan əziyyət çəkir.
Qeyd edək ki, F qrupunun “Real” – “Şaxtyor” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
0
0