“Real” sabiq müdafiəçisini qaytardı
09.06.2023 - 18:38

“Real” heyətinə yeni futbolçu qatıb.
Apasport.az saytının məlumatına görə, İspaniya klubu Fran Qarsiyanı geri qaytarıb.
“Rayo Valyekano”dan “Kral klubu”na dönən sol cinah müdafiəçisi ilə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, “Real”ın yetirməsi olan müdafiəçi 2020-ci ildə “Rayo Valyekano”ya keçib.
0
0