“Real”da itki
28.11.2023 - 19:51

“Real”ın daha bir futbolçusu “Napoli” ilə matçda iştirak etməyəcək.
Apasport.az xəbər verir ki, Luka Modriç Çempionlar Liqasının qrup mərhələsinin V turunda forma geyinməyəcək.
38 yaşlı yarımmüdafiəçinin yüklənməyə məruz qaldığına görə qrup məşqlərində iştirak etmir. Həkimlər veteran futbolçunun bir müddət istirahət etməsini məsləhət görüblər.
Qeyd edək ki, “Real” - “Napoli” qarşılaşması noyabrın 30-da Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
0
0