“Real”dan Benzema qərarı
02.09.2022 - 22:46

“Real” futbolçusu Kərim Benzema ilə müqaviləni uzadacaq.
Apasport.az saytının məlumatına görə, yeni anlaşma 2024-cü ilin yayına qədər nəzərdə tutulacaq.
Fransalı hücumçunun indiki sözləşməsi 2023-cü ilin yayında başa çatacaq. İspaniya klubunun prezidenti Florentino Peres və baş məşqçi Karlo Ançelotti Benzemanı toxunulmaz hesab edir.
Qeyd edək ki, 34 yaşlı forvard cari mövsümün 4 matçında 4 qol vurub.
0
0