“Real”dan Kamavinqa qərarı
28.09.2023 - 14:33

“Real”ın futbolçusu Eduardu Kamavinqa ilə bağlı planları bəlli olub.
Apasport.az saytının məlumatına görə, İspaniya klubu Fransa millisinin yarımmüdafiəçisi ilə müqaviləni uzatmağa qərar verib.
2027-ci ilin yayında başa çatacaq indiki anlaşma daha yaxşı şərtlərlə yenilənəcək. Bir neçə aydır davam edən danışıqlarda ilkin razılıq əldə olunub. Yaxın günlərdə müqavilənin imzalanacağı gözlənilir.
Qeyd edək ki, Kamavinqa 2021-ci ildə “Renn”dən 40 milyon avro qarşılığında ‘kral klubu”na transfer olunub.
- "Lənkəran"ın baş məşqçisi: "Əgər bunu anlamasaq hər bir rəqibə qarşı oyunlarda problemlərimiz olacaq"
- "Qalatasaray" - "Fənərbaxça" oyununun hakimi bəlli oldu
- De Bruyne "Mançester Siti"dən ayrıla bilər
- “Hakken”in kapitanı: ““Qarabağ”a qarşı yüksək əzimlə mübarizə aparacağıq”
- Yarımfinal mərhələsinin cütləri bəlli oldu
0
0