"Real"dan “Real Sosyedad”a qayıtdı
02.09.2023 - 12:54

Madrid "Real"ı daha bir futbolçunu satıb.
Apasport.az saytı xəbər verir ki, müdafiəçi Alvaro Odriozola “Real Sosyedad”a keçib.
İki klub arasında danışıqların müsbət yekunlaşdığı və arxa xətt oyunçusunun köhnə-yeni komandasına qayıdıb. İspaniya millisinin 27 yaşlı üzvünün müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.
Qeyd edək ki, Odriozola "Real Sosyedad"ın yetirməsidir. Futbolçu 2018-ci ildə 30 milyon avroya “Real” transfer edilmişdi.
0
0