Renat Dadaşov məşqlərə start verib
19.11.2024 - 21:37

Renat Dadaşov "Ankaragücü"nün heyətində məşqlərə start verib.
Apasport.az xəbər verir ki, o, komandanın bugünkü hazırlığında yer alıb.
Oktyabrın 21-də əməliyyat olunan 25 yaşlı futbolçu millinin Estoniya və İsveçə qarşı oyunlarının heyətindən kənarda qalıb. Renat "Ankaragücü"nün heyətində 2024/2025 mövsümündə 9 oyunda 2 qol vurub.
Qeyd edək ki, Dadaşovun komandası Türkiyə 1-ci Liqasının 13-cü turunda Ankara derbisində "Gənclərbirliyi" ilə qarşılaşacaq.
0
0