Renat oynadı, komandası növbəti tura yüksəldi
19.12.2024 - 14:14

Türkiyə Kubokunda 5-ci təsnifat mərhələsinin oyunları davam edir.
Apasport.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Ankaragücü" səfərdə "Menemen"in qonağı olub.
Rəqibini 3:2 hesabı ilə məğlub edən paytaxt təmsilçisi qrup mərhələsinə vəsiqə qazanıb.
Renat Dadaşov da bu oyunun iştirakçısı olub. 25 yaşlı forvard 90+4-cü dəqiqədə meydana daxil olub.
0
0