Renatlı "Hatayspor" son dəqiqələrdə büdrədi
24.01.2024 - 02:03

Türkiyə Super Liqasında XXII turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, millimizin hücumçu Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" növbəti matçına çıxıb.
Volkan Demirelin yetirmələri evdə "Alanyaspor"la qarşılaşıb. Oyun bərabərə bitib – 1:1.
Dadaşov start heyətdə meydana çıxıb, 79-cu dəqiqədə isə əvəzlənib. Renat görüş ərzində passivinə sarı vərəqə yazdırıb.
Qeyd edək ki, "Hatayspor" 22 turdan sonra 22 xalla 14-cü pillədə qərarlaşıb.
0
0