“Roma”da 5 illik anlaşma
07.06.2023 - 09:31

“Roma” heyətinə yeni futbolçu qatır.
Apasport.az saytının məlumatına görə, İtaliya klubu Ussem Auarla müqaviləni razılaşdırıb.
“Lion”un yarımmüdafiəçisi ilə 5 illik anlaşma imzalanacaq. 24 yaşlı futbolçu yeni komandasına azad agent kimi qoşulacaq.
Qeyd edək ki, Auarın müqaviləsi bu ayın sonunda başa çatacaq.
0
0