Ronaldo "Əl-Nəsr"lə şərik olacaq
15.01.2025 - 14:26

Portuqliya millisinin hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"lə müqavilə müddətini uzatdıqdan sonra klubun şərikli sahibi olacaq.
Apasport.az "Marca"ya istinadən xəbər verir ki, 39 yaşlı ulduz futbolçu “Əl-Nəsr” klubunun səhmlərinin 5 faizinə sahib olacaq.
Portuqaliyalı futbolçu Səudiyyə Ərəbistanı komandası ilə 200 milyon avro məbləğində yeni müqavilə bağlayacaq.
Sözləşmə 2026-cı ilin iyun ayına qədər qüvvədə olacaq.
0
0