
Futbol əfsanəsi Ronaldo maraqlı açıqlaması ilə diqqətləri özünə çəkib.
Apasport.az xəbər verir ki, “yekədiş” ləqəbli braziliyalı Madrid “Real”ının şərəfini qoruduğu zaman klub prezidenti Florentino Pereslə olan dialoqunu xatırlayıb.
O bildirib ki, komanda rəhbəri təlim-məşq bazasında onu danlayaraq niyə həyat yoldaşı ilə evində oturmamağının, əyləncə məkanlarda gəzməsinin səbəbini soruşub. Sabiq hücumçunun cavabı isə qısa olub: “Luiş Fiqunun həyat yoldaşı kimi bir xanımım olsaydı, heç evdən çölə çıxmazdım”.
Qeyd edək ki, 2002-2007-ci illərdə Madrid “Real”ının formasını geyinən Ronaldo 2011-ci ildə karyerasını bitirib.