Ronaldo Kazemironu yanına çağırır
25.01.2024 - 00:09

"Mançester Yunayted"in iki futbolçusu karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.
Apasport.az "Daily-Mail" nəşrinə istinadən xəbər verir ki, söhbət yarımmüdafiəçi Kazemiro və sağ cinah müdafiəçisi Aaron Van-Bissakadan gedir.
Onların "Əl-Nəsr"ə keçəcəyi gözlənilir. Transferlərin yaxın vaxtlarda baş tutacağı bildirilir.
Qeyd edək ki, "Mançester Yunayted" Aaron Van-Bissakanı 2019-cu ilin yayında "Kristal Pelas"dan transfer edib. Kazemiro isə İngiltərə klubuna 2022-ci ilin avqust ayında "Real"dan keçib.
0
0