
Dünya futbolunun iki superulduzu – Lionel Messi və Kriştiano Ronaldo arasındakı bənzərliklər yenidən gündəmə gəlib.
Apasport. az saytı xəbər verir ki, Portuqaliya və Argentina millisinin kapitanlarını birləşdirən 869 rəqəmi marağa səbəb olub.
Ronaldo 5 fevral 1985-ci ildə dünyaya gəldiyi halda, Messi ondan 869 gün sonra 24 iyun 1987-ci ildə doğulub. Portuqaliyalının ilk övladı Kriştiano Ronaldo Junior 17 iyun 2010-cu il təvəllüdlüdürsə, Messinin ikinci oğlu Tiaqo ondan 869 gün sonra – 2 noyabr 2012-ci ildə dünyaya göz açıb.
Bu bənzərliklərdən sonra bir çox insan Ronaldo – Messi rəqabətinin onların övladları arasında da davam edəcəyinə proqnozlaşdırır.
Qeyd edək ki, hər iki futbolçu ilə bağlı daha bir eynilik ikinci övladlarının Tiaqo adını daşımasıdır.