Ronaldo: "Rekordlara əhəmiyyət vermirəm"
25.10.2023 - 13:34

“Rekordlar mənim üçün önəmli deyil”.
Apasport.az xəbər verir ki, bunu Portuqaliya millisinin və “Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldo deyib.
38 yaşlı superulduz Asiya Çempionlar Liqasında “Əl-Duhail”lə görüşdən sonra fikirlərini bildirib: “Rekordlara əhəmiyyət vermirəm. Mən sadəcə "Əl-Nəsr"də vaxt keçirməkdən zövq alıram. Biz ən güclü və ən yaxşı komanda olmaq üçün çalışırıq”.
Qeyd edək ki, “Əl-Nəsr”in 4:3 hesablı qələbəsi ilə yekunlaşan matçda Kriştiano 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0