Ronaldo SEVGİSİ
24.01.2023 - 11:14

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun rəhbərliyi kapitanı Kriştiano Ronaldonun karyerasını məhz Ər-Riyad təmsilçisində bitirməsini istəyir.
Apasport.az saytı xəbər verir ki, ərəblər portuqaliyalı futbolçunun 40 yaşında bitəcək müqaviləsini artırmağa hazır olduqlarını bildiriblər.
“Əl-Nəsr” superulduzun təcrübəsindən Asiya futbolunun inkişafında istifadə etmək istəyir.
Qeyd edək ki, çempionatın XV turunda keçirilən “Əl İttifaq”la (1:0) oyunda Ronaldo yeni komandasında ilk rəsmi oyununa çıxıb.
0
0