Ronaldodan antirekord
02.09.2022 - 22:02

Kriştiano Ronaldo son 17 ilin antirekorduna imza atıb.
Apasport.az saytının məlumatına görə, portuqaliyalı ulduz bu müddətdə ilk dəfə mövsümün startdakı 5 oyununda qol vurmayıb.
“Mançester Yunayrted”in cari mövsümdəki qarşılaşmalarında hələ fərqlənə bilməyib. Ronaldo bu matçlarda 175 dəqiqə şans qazanıb.
Kriştiano sonuncu belə uğursuz startı 2005/06 mövsümündə yaşayıb. Həmin vaxtda da “Mançester Yunayted”də çıxış edən hücumçu ilk 7 görüşdə qol vurmayıb.
Qeyd edək ki, mançesterlilər növbəti turda çempionatın lideri “Arsenal”ı qəbul edəcək.
0
0