Ronaldodan dubl, “Əl Nəsr”dən növbəti qələbə
23.09.2023 - 13:24

Səudiyyə Ərəbistanı Birinci Futbol Liqasında növbəti turun oyunları keçirilib.
Apasport.az saytı xəbər verir ki, “Əl Nəsr” öz meydanında “Əl Əhli”ni 4:3 hesabı ilə məğlub edib.
Meydan sahiblərinə qələbə qazandıran qollar 4-cü və 52-ci dəqiqələrdə Kriştiano Ronaldo, 17-ci və 45-ci dəqiqələrdə isə Anderson Talişkadan gəlib.
Qonaq komandanın qollarını 30 və 87-ci dəqiqələrdə Frank Kessi, 50-ci dəqiqədə isə penaltidən Riyad Mahrez vurub.
Qeyd edək ki, cari mövsümdə beşinci qələbəsini qazanan “Əl Nəsr” xallarını 15-ə yüksəldib.
0
0