Ronaldodan Hauya cavab
30.07.2022 - 12:49

“Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldo “Nyukasl”ın baş məşqçisi Eddi Hauya cavab verib.
Apasport.az saytının məlumatına görə, mütəxəssis portuqaliyalı ulduzun İngiltərədən getməsini istədiyini açıqlayıb.
O, belə arzuda olmasını da əsaslandırıb: “Ümid edirəm ki, Kriştiano İngiltərə Premyer Liqasında qalmayacaq. O, çox qol vurur. Mən ona qarşı oynamamağa üstünlük verərdim”.
Ronaldo instaqramda bu fikirlərə qısa reaksiya verib: “Faktlar??”.
Qeyd edək ki, Ronaldo Çempionlar Liqasında çıxış etməyən klubda oynamaq istəmədiyindən Mançester təmsilçisindən ayrılmağa can atır.
0
0