Ronaldoya əvəzləyici axtarılır
03.11.2022 - 22:32

“Mançester Yunayted” Kriştiano Ronaldoya əvəzləyici axtarışına başlayıb.
Apasport.az saytının məlumatına görə, Erik-Maksim Şupo-Motinq İngiltərə klubunun maraq dairəsinə düşüb.
Premyer Liqa təmsilçisi qışda komandadan ayrılacağı gözlənilən portuqaliyalını məhz kamerunlu forvardla əvəzləmək fikrindədir. Mançesterlilər “Bavariya” ilə müqaviləsi mövsümün sonunda başa çatacaq Erik-Maksimi qışda münasib qiymətə almağın mümkünlüyünü nəzərdən keçirir. Lakin Almaniya klubu da onunla anlaşmanın uzadılmasında maraqlıdır.
Qeyd edək ki, Şupo-Motinq mövsümün 18 oyununda 8 qol vurub.
0
0