"Sabah" Litvaya yollanıb
20.08.2024 - 14:29

Azərbaycanı FIBA Çempionlar Liqasında təmsil edəcək kişi basketbolçulardan ibarət "Sabah" klubu ötən gecə təlim-məşq toplanışı üçün Litvaya yollanıb.
Apasport.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Hazırlıq prosesi sentyabrın 10-dək davam edəcək.
Komanda Litvada bir neçə yoxlama matçı da keçirəcək.
0
0