Sabiq baş məşqçi vəfat etdi
02.08.2024 - 12:02

“Lester”in sabiq baş məşqçisi Kreyq Şekspir vəfat edib.
Apasport.az xəbər verir ki, 60 yaşlı mütəxəssisin ölüm səbəbi açıqlanmayıb.
Şekspir 2017-ci ilin fevralından martına qədər “Lester”ə baş məşqçi təyin edilib. O, daha sonra 2023-cü ilin aprelindən iyununa qədər komandada məşqçi kimi çalışıb.
Mütəxəssis bundan başqa, “Aston Villa”, “Everton”, “Uotford” kimi klublarda işləyib.
0
0