Salah transferində razılaşma əldə edildi
08.12.2024 - 12:22

"Liverpul"la müqaviləsinin son ilində olan Muhammed Salahın gələcək taleyi müəyyənləşib.
Apasport.az "Mirror"a istinadla xəbər verir ki, "Liverpul" misirli futbolçu ilə razılıq əldə edib.
Klub Salahla 2 illik yeni müqavilə imzalayacaq.
32 yaşlı futbolçu ilə bağlı rəsmi açıqlamanın tezliklə gələcəyi bildirilib.
7 ildir, "Liverpul"da çıxış edən Salah ingilis nəhəngi ilə ümumilikdə 370 matçda 226 qol vurub, 101 məhsuldar ötürmə edib.
0
0