Sanço üçün 55 milyon
02.05.2023 - 01:30

Ceydon Sanço Dortmund “Borussiya”sına qayıda bilər.
Apasport.az xəbər verir ki, inigilis futbolçu “Mançester Yunayted”i tərk etmək arzusundadır.
2021-ci ildə 85 milyon avro məbləğində transfer olunan Sanço heç cür “qırmızı şeytanlar”ın heyətində möhkəmlənə bilməyib. O, 49 oyunda 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Mançester klubu Sançonu 55 milyon məbləğində qiymətləndirir. “Borussiya” isə icarə variantına üstünlük verərək, bu məbləği ödəməkdə maraqlı deyil.
0
0