Sane “Mançester Yunayted”in transfer siyahısında
13.11.2023 - 20:24

Leroy Sane yenidən İngiltərəyə qayıda bilər.
Apasport.az xəbər verir ki, "Bavariya"nın hücumçusu “Mançester Yunayted”in diqqət mərkəzindədir.
27 yaşlı futbolçunun yayda “qırmızı şeytanlar”ın düşərgəsinə qoşulacağı gözlənilir. Sanenin "Bavariya" ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Almanlar futbolçunu 100 milyon avrodan aşağı məbləğə satmağı düşünmür.
Qeyd edək ki, 18 matçda meydana çıxan Sane aktivinə 9 qol və 7 məhsuldar ötürmə yazdırıb.
0
0