Sautqeyt Premyer Liqa klubunu çalışdıra bilər
24.09.2024 - 14:01

İngiltərə millisinin sabiq baş məşqçisi Qaret Sautqeyt Premyer Liqa komandasına rəhbərlik edə bilər.
Apasport.az “Give me Sport”-a istinadən xəbər verir ki, “Everton”un yeni rəhbərliyi Sautqeyti baş məşqçi postuna dəvət etməkdə maraqlıdır.
“Everton” Şoun Dayçın rəhbərliyi altında yeni mövsümə uğursuz başlayıb. Komanda 5 matçda cəmi 1 xal toplayıb və hazırda turnir cədvəlində sonuncudan əvvəlki pillədə qərarlaşıb.
Sautqeytin İngiltərə Premyer Liqasında məşqçilik təcrübəsi var. O, 2000-ci illərdə “Midlsbro”ya rəhbərlik edib.
0
0