"Şaxtyor" "Çelsi" ilə razılığa gəldiyini təsdiqlədi
14.01.2023 - 23:39

Ukraynanın "Şaxtyor" klubu yarımmüdafiəçi Mixail Mudrikin transferi ilə bağlı "Çelsi" ilə danışıqların aparıldığını təsdiqləyib.
Apasport.az xəbər verir ki, klub tərəfindən yayılan açıqlamada deyilir:
"Şaxtyor"un prezidenti Rinat Əhmədov və "Çelsi"nin sahibi Behdad İqbali Mixail Mudrikin transferini müzakirə ediblər. Tərəflər futbolçunun transferi ilə bağlı razılığa gəlməyə çox yaxındırlar”.
Qeyd edək ki, "Çelsi" Mixail Mudrik üçün 70+30 milyon avro ödəyəcək və 22 yaşlı futbolçu ilə 2030-cu ilə qədər illik 7,5 milyon avro maaş olmaqla müqavilə imzalanacaq.
0
0