"Selta"da yeni müqavilə
18.04.2024 - 20:45

"Selta"nın baş məşqçisi Klaudio Jiraldes klubla müqavilə müddətini uzadıb.
Apasport.az xəbər verir ki, mütəxəssisin komanda ilə yeni sözləşməsi 2025-ci ilə qədər nəzərdə tutulub. Ötən mövsüm 36 yaşlı çalışdırıcı klubun "B" komandasına rəhbərlik edib.
Qeyd edək ki, "Selta" hazırda La Liqada 31 turdan sonra 28 xalla 17-ci pillədə qərarlaşıb.
0
0