Serbiya – İngiltərə matçının ən yaxşısı seçildi
17.06.2024 - 10:18

İngiltərənin milli futbol komandasının hücumameyilli yarımmüdafiəçisi Cud Bellingem AVRO-2024-ün qrup mərhələsində Serbiya ilə oyunun ən yaxşı oyunçusu seçilib.
Apasport.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Xatırladaq ki, bu görüşdə yeganə qolu elə 10 nömrəli Bellingem vurmuşdu.
İyunun 20-də C qrupunun növbəti oyununda İngiltərə Danimarka, Serbiya isə Sloveniya ilə qarşılaşacaq.
Qeyd edək ki, Bellingem 2023/24 mövsümünün startından bəri bütün turnirlərdə 15 dəfə bu mükafatı qazanıb.
0
0