
Türkiyə Super Liqa təmsilçilərindən "Fənərbaxça" müdafiə xəttini yeni oyunçu ilə gücləndirəcək.
Apasport.az xəbər verir ki, İstanbul nəhəngi "Srvena Zvezda"da çıxış edən Onyen Mimoviçi heyətinə qatmağa yaxındır. Bu barədə türkiyəli insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
"Fənərbaxça" serbiyalı sağ cinah müdafiəçisi ilə razılıq əldə edib. Klublar anlaşarsa, 20 yaşlı futbolçu yaxın günlərdə "Fənərbaxça" ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, Serbiya U-21 millisinin üzvü bu mövsüm Belqrad təmsilçisinin heyətində meydana çıxdığı 18 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.
- Okan Buruk onları heyətdə görmür
- “V Neftçili Yay Futbol Düşərgəsi” layihəsinə start verdi - FOTOLENT
- Fərid Qayıbov yenidən Avropa Gimnastikasının prezidenti seçildi
- Branimir Subaşiç: “Azərbaycan millisi Belçika ilə görüşdə daha çoxuna layiq idi” - MÜSAHİBƏ
- Rauf Məmmədov Azərbaycan çempionatının qalibi oldu