“Sevilya”nın baş məşqçisi müəyyənləşib
30.05.2024 - 17:12

La Liqa təmsilçilərindən “Sevilya” Qarsiya Pimienta ilə razılaşıb.
Apasport.az xəbər verir ki, Qarsiya İspaniya klubu ilə 2025-ci ilə qədər davam edəcək müqavilə imzalayıb.
İspaniyalının müqaviləsinə sözləşmənin bir mövsüm daha uzatmaq variantı da daxil olacaq.
49 yaşlı çalışdırıcı son İspaniya çempionatını 16-cı pillədə başa vurub.
Qeyd edək ki “Sevilya”nın sabiq baş məşqçisi Kike Sançes Flores istefa edərək komandadan ayrılıb.
0
0