Şmeyxel Fransa klubuna keçir
02.08.2022 - 22:09

Kasper Şmeyxel “Nitsa”ya keçəcək.
Apasport.az saytının məlumatına görə, Fransa klubu danimarkalı qapıçının formasını geyindiyi “Lester”lə razılıq əldə edib.
35 yaşlı qolkiperin transferi 1 milyon avroya gerçəkləşəcək. Lakin bu məbləğ bonuslar hesabına arta da bilər. Şmeyxel yeni komandası ilə 3 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Şmeyxel 2011-ci ildən “Lester”də çıxış edir. Onun anlaşması gələn yay başa çatır.
0
0