Son yarımfinalçı "Fənərbağça" oldu
06.04.2023 - 23:36

Türkiyə Kubokunda bütün yarımfinalçılar bilinib.
Apasport.az xəbər verir ki, son 1/4 final oyununda "Fənərbağça" İstanbulda "Kayserispor"u böyük hesabla məğlub edib – 4:1.
Bununla da "Fənərbağça"nın yarımfinalda "Sivasspor"a rəqib olduğu müəyyənləşib. Digər yarımfinal oyunlarında isə "Başakşehir"lə "Ankaragücü" üz-üzə gələcək.
Qeyd edək ki, 2 oyundan ibarət olan yarımfinal matçları may ayında keçiriləcək.
0
0