Şotlandiyadan UEFA-ya şikayət
14.10.2023 - 13:28

Şotlandiya Futbol Assosiasiyası UEFA-ya şikayət edib.
Apasport.az xəbər verir ki, böyük britaniyalılar AVRO-2024-ün İspaniya ilə seçmə oyununda qolun hesaba alınmamasından narazı qalıb.
Həmin görüşdə Skott Maktominay cərimə zərbəsindən topu qapıya göndərib. 60-cı dəqiqədə vurulan bu qol hakim tərəfindən qeydə alınmayıb. O, VAR-a baxdıqdan sonra belə qərar verib.
Qeyd edək ki, Şotlandiya İspaniya ilə qarşılaşmada 0:2 hesabı ilə uduzub.
0
0